Vergiler.az

Elanlar

Vergi Məcəlləsinin 155.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, 2016-cı il yanvarın 1-dən  vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan 200.000 manatadək artırılır. Vergi Məcəlləsi ilə vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin artırılması hazırda qeydiyyatda olan ƏDV ödəyicisinə vergi mükəlləfiyyətini dəqiqləşdirmək hüququ verir.

Vergi Məcəlləsində dəyişikliklərlə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması Vergilər Nazirliyinə tapşırılmışdır. Bu məqsədlə  nazirliyin müvafiq əmri ilə «Sadələşdirilmiş vergi

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında

BİLDİRİŞ

 

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək 1 yanvar 2016-cı il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan 200.000 manatadək qaldırılmışdır.

Ətraflı