Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Ödəmə mənbəyində sadələşdirilmiş vergi


Yaşayış evinin bacının ərinə bağışlanması zamanı notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

 

Vergi Məcəlləsinin (VM) 13.2.7.7-ci maddəsinə əsasən bacıların ərləri və qardaşların arvadları vergi ödəyicisinin ailə üzvlərinə aid edilmişdir.

Təqvim ili ərzində hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır (VM, maddə 102.1.3.2).

Yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin VM-in 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur (VM, maddə 150.1.9).

Mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (VM, maddə 218.4.3).

 

Qeyd olunanlara əsasən:

Mülkiyyətində olan yaşayış sahəsinin vergi ödəyicisi tərəfindən bacısının ərinə bağışlanması ailə üzvləri arasında yaşayış sahəsinin təqdim edilməsi hesab edildiyindən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Samirə Musayeva
0 MB