Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
ƏDV-nin əvəzləşdirilməsi


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məş­ğul olan şəxslər tərəfindən həmin fəaliyyət üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən: Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Samirə Musayeva
0.0 MB