Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
ƏDV tutulan əməliyyatın vaxtı

Əlavə dəyər vergisinin (ƏDV) üdəyicisi olan mğəssisə tərəfindən mallar cari ilin iyul ayının 23-də təqdim edilmişdir. Həmin mallara gürə elektron vergi hesab-fakturası iyul ayının 25-də verilmiş, alıcı tərəfindən üdəmə isə avqust ayının 2-də həyata kezirilmişdir. Bu halda, ƏDV tutulan əməliyyatın vaxtı necə mğəyyən edilir?

ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsinin (VM) 166-cı maddəsi ilə tənzimlənir. Bu maddədə, başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur (VM, maddə 166.1).

Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (VM, maddə 176.3).

 

Qeyd olunanlara əsasən:

ƏDV ödəyicisi olan müəssisənin təqdim etdiyi mallara görə ödəmə 30 gün müddətində həyata keçirildiyindən, ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.

Samirə Musayeva
8.5 MB