Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi


Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdiriləcəkdir?

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»-nın 3.5-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilir.

 

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların istehsalçıya məxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsullar istehsal müəs­sisəsindən pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Samirə Musayeva
8.5 MB