Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Elektron qaimə-faktura

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturası ilə bərabər elektron qaimə-faktura da təqdim olunmalıdırmı?

Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura verilməlidir.

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli Qanunun 2-ci maddəsinə uyğun olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və VM-in 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə  2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.

Qeyd olunanlara əsasən:

 ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturası ilə yanaşı, elektron qaimə-faktura da verilməlidir.

Samirə Musayeva
0 MB