Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əmlak vergisi

 

Sumqayıt şəhərində yerləşən və xüsusi mülkiy­yətimdə olan mənzilə görə nə qədər əmlak vergisi ödəməliyəm?

 

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə, bina Sumqayıt şəhərində yerləşdikdə, 0,3 manat tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin  200.1-ci maddəsinin müddəalarına uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin xüsusi mülkiyyətində olan və Sumqayıt şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,3 manat tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi 30 kvadratmetrədək olduqda əmlak vergisi hesablanmır.

Samirə Musayeva
0 MB