Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əlavə dəyər vergisi

 

Xarici internet saytından proqram təminatı yüklənilən zaman bank tərəfindən alıcının kart hesabından ƏDV tutulurmu?

 

«Elektron ticarət haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xid­mətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni hə­yata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfin­dən alıcının vəsaiti hesabına ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən:

İnternet şəbəkəsi vasitəsilə proqram təminatlarının yüklənməsinə görə qeyri-rezidentə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının hesabından 18 faiz dərəcə ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.

Samirə Musayeva
0 MB