Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Hesablaşmalar üzrə ödənişlər

 

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və təqdim edilməsi fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən vergi ödəyicisi kimi qeydiyyatda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxsdən mallar alınarkən hesablaşmalar üzrə ödənişlər nağd qaydada aparıla bilərmi?

 

«Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, həmin Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.5.1-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada aparıla bilər.

Qeyd olunanlara əsasən:

Vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxslərdən (kənd təsərrüfatı məhsullarının istehsalçılarından) kənd təsərrüfatı məhsullarının alınması zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvercilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Samirə Musayeva
0 MB