Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Elektron qaimə-faktura

 

  ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturası ilə bərabər elektron qaimə-faktura da təqdim olunmalıdırmı?

 

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura verilməlidir.

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə  2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.

 

Qeyd olunanlara əsasən:

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturası ilə yanaşı, elektron qaimə-faktura da təqdim edilməlidir.

Samirə Musayeva
0 MB