Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Gəlirlərin vergiyə cəlb olunması

 

Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların, habelə qurudulmuş meyvələrin satışından əldə olunmuş gəlirlər vergiyə hansı qaydada cəlb olunur?

 

Vergi Məcəlləsinin (VM) 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalına - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi aiddir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikdə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları isə təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən təqdim edilməsi nəzərdə tutulur (VM, maddə 13.2.61).

 

Qeyd olunanlara əsasən:

Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların, habelə qurudulmuş meyvələrin digər şəxslərə  satışı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmədiyindən həmin məhsulların satışından əldə olunan gəlirlərdən (hasilatdan) vergi ödəyicisi tərəfindən seçilən vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Samirə Musayeva
0.0 MB