Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Müavinətdən tutulan gəlir vergisi

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət gəlir vergisinə cəlb edilirmi?

 Vergi Məcəlləsinin (bundan sonra - Məcəllə) 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar əldə olunan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Məcəllənin 101.1-ci maddəsinin müddəalarına uyğun olaraq, fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Məcəllənin 102.1.4-cü maddəsinin müddəalarına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

 Qeyd olunanlara əsasən:                 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günü sığortaedənin vəsaiti, qalan günləri isə dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərdən Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə müəyyən edilmiş cədvələ uyğun olaraq, ödəmə mənbəyində gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Samirə Musayeva
1.9 MB