Vergiler.az



Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti

 

Mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyətini həyata keçirən müəssisə tərəfindən vergi orqanına bəyannamə təqdim edilməlidirmi?

 

Vergi Məcəlləsinin (VM) 218.4.1-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər (VM, maddə 221.4.5).

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım­il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar (VM, maddə 221.4.7).

Qeyd olunanlara əsasən:

Mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişindaşımanı həyata keçirən müəssisə sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və bu fəaliyyətə görə vergi orqanına bəyannamə təqdim etmir, hər bir nəqliyyat vasitəsi üçün «Fərqlənmə nişanı» alır.

Samirə Musayeva
0 MB