Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əmlakın pay şəklində qoyulması

 

Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalının artırılması məqsədilə pay şəklində hər hansı əmlakın qoyulması vergiyə cəlb olunurmu?

 

Vergi Məcəlləsinin (VM) 13.2.10-cu maddəsinə əsasən, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən (lakin bunlarla məhdudlaşdırılmayan) malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.

Şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə), aktivlərin verilməsi onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır (VM, maddə 146.1.1).

VM-in 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir (VM, maddə 146.2).

İdxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azaddır (VM, maddə 164.1.5).

Qeyd olunanlara əsasən:

Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalının artırılması məqsədilə pay şəklində hər hansı əmlakın qoyulması mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb olunan təqdim edilmə sayılmır və ƏDV-dən azaddır.

Samirə Musayeva
0 MB