Vergiler.az

Xanbaba Quliyev

Auditorlar Palatasının üzvü
Sadələşdirilmiş vergi bəyannaməsi

 

 Hüquqi şəxslər üzrə 1№-li Əlavənin tərtib olunmasında mühasibat uçotu məlumatlarının düzgün yerləşdirilməsi

 Əvvəli ötən sayımızda

 Hörmətli oxucular, sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin sadələşdirilmiş vergi bəyannaməsinə Əlavənin sətirlərinin hansı mühasibat uçotu hesabının məlumatlarına istinad edilməklə tərtib olunması üzrə qəzetin əvvəlki sayında verilən izahları davam etdiririk.

Sətir 1.10 «Digər aktivlər» üzrə «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 10 manat 71№-li hesabın ilin sonuna qalığının azalması məbləğidir. Lakin balans-dövriyyə cədvəlinə diqqət yetirsək görərik ki, təhtəlhesab şəxslərlə hesablaşmalar (71№-li hesab) üzrə debet dövriyyəsinin yekun məbləği 1550 manatdır. Əlavədə daxil olan vəsait isə 0 manat, yəni 1550 manat az göstərilmişdir. Çünki azaldılan 1550 manat məbləğ (DB71 - KR50 = 1550 manat ikili yazılışı) bir pul hesabından digər pul hesabına keçirilən (yeri dəyişdirilən) məbləğlər olduğuna görə nəzərə alınmamışdır. Həmçinin balans-dövriyyə cədvəlində təhtəlhesab şəxslər üzrə kredit dövriyyəsinin yekun məbləği 1560 manatdır və Əlavədə silinmiş vəsait kimi göstərilən 10 manat məbləğ də 1560 manat məbləğdən debet dövriyyəsindəki kimi proporsional olaraq  1550 manat azdır. Səbəbi debet dövriyyəsində olduğu kimidir. Əlavənin bu sətrinin «silinmişdir» xanasında göstərilmiş 10 manat məbləği riyazi hesablama nəticəsində də tapmaq olar: ilin əvvəlinə təhtəlhesab şəxsdə qalan 50 manat çıxılsın hesabat dövrünün sonuna təhtəlhesab şəxsdə qalan 40 manat = 10 manat. Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 40 manat isə ilin sonuna 71№-li hesabın qalığıdar.

Göründüyü kimi, təhtəlhesab şəxsə verilən nağd pulların dövriyyəsinin pul vəsaitlərinin dövriyyəsi kimi nəzərdə tutulması məsləhət görülür. 71 №-li hesab üzrə təhtəlhesab şəxsə verilən nağd pul həmin şəxs tərəfindən istifadə olunan anadək müəssisənin mülkiyyətində qalır və pulun sahibi də müəssisə olduğunu, həmçinin o, müəssisənin xəzinədarı kimi müəssisəyə məxsus nağd pul üzərində maddi-məsuliyyət daşıyan işçi obrazı yaratdığını nəzərə alsaq, deməli, təhtəlhesab şəxsdəki pullar da (saxlanılan və ya gələcəkdə istifadəsi nəzərdə tutulan pullar da daxil) müəssisənin mülkiyyətində olan və saxlanılan nağd pul vəsaitidir. Bizim misalda xərclənən 1560 manat məbləğ müəssisəyə məxsus, lakin təhtəlhesab şəxs (maddi-məsul şəxs) vasitəsilə məxaric edilən pul vəsaiti olduğuna görə, 1560 manat hüdudlarında daxil olan 1500 manat vəsait təkrarlanmamaq (şişirdilməmək) məqsədilə dövriyyə məlumatlarına aid edilməmişdir. 71№-li hesab üzrə 40 manat qalıq məbləğ Əlavənin 1.5.1 (pul vəsaitləri) sətrinin «hesabat dövrünün sonuna» məlumatlarına əlavə edilə bilərdi. Bizim misalda 40 manat məbləğ 1.10 (digər aktivlər) sətrinin «hesabat dövrünün sonuna» sütunundakı xanada əks etdirildiyinə görə, qalığın azalan 10 manat (ilin əvvəlinə qalıq 50 manat çıxılsın ilin sonuna qalıq 40 manat) məbləği Əlavənin bu sətrinin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında əks etdirilmişdir. Yəni Əlavədə 71№-li hesab üzrə yalnız qalığın düzəliş məbləği əks etdirilib (etdirilir).

Sətir 2.1.1 «Nizamnamə kapitalı» üzrə «dövr ərzində daxil olmuşdur» və «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütunlarındakı xanalar boş saxlanılıb. Çünki Nizamnamə kapitalının hərəkətində və ya 85№-li hesabın dövriyyəsində dəyişiklik (dövriyyə) olmamışdır. Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 7000 manat isə 85№-li hesabın ilin sonuna kredit qalığıdır.

Sətir 2.1.2 «Hesabat dövrünün xalis mənfəəti» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 1624 manat məbləğ hesabat ili üzrə hesablanmış mənfəətdir və ya 80№-li balans hesabının kredit dövriyyəsidir (DB46 - KR80 ikili yazılışı). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 1000 manat məbləğ təsisçiyə hesablanmış (elan edilmiş) dividendin vergi çıxılmadan məbləğidir və ya 80№-li balans hesabının debet dövriyyəsidir (DB80 - KR75 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 624 manat isə hesabat ilində əldə edilən mənfəətin bölüşdürülməyən hissəsidir və ya 80№-li hesabın ilin sonuna kredit qalığıdır (Qeyd: 624 manat məbləğ növbəti hesabat ili üçün təqdim olunacaq sadələşdirilmiş vergi bəyannaməsinin Əlavəsində Sətir 2.1.3 «Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada daxil olan vəsait kimi göstəriləcəkdir).

 

(Davamı növbəti sayımızda)

Xanbaba Quliyev
8.5 MB