Vergiler.az

Dünyada aparılan iqtisadi islahatların sayı rekord səviyyəyə çatıb

 

Dünya Bankının sonuncu - «Doing business 2019» hesabatında 190 ölkədəki biznes mühitinin səviyyəsi qiymətləndirilmişdir.   2017-ci ilin iyun ayından 2018-ci ilin may ayına qədər olan dövrü əhatə edən hesabata görə, dünya üzrə hesabatın əhatə etdiyi dövr ərzində 128 hökumət tərəfindən aparılmış islahatların sayı 314 olmuşdur və bu göstərici bütün zamanlar üçün rekord hesab edilir. 

Dünya Bankının 2003-cü ildən bəri hazırladığı hesabatda biznes aparmağın asanlığı baxımından ilk onluğa düşən ölkələr Yeni Zelandiya, Sinqapur, Danimarka, Honq Konq, Çin, Cənubi Koreya, Gürcüstan, Norveç, ABŞ, İngiltərə və Makedoniyadır. Hesabatda biznes aparmaq baxımından ən böyük irəliləyişə nail olan ölkələr Əfqanıstan, Cibuti, Çin, Hindistan, Toqo, Keniya, Fildişi sahilləri, Türkiyə və Ruanda olmuşdur. 

Qeyd edək ki, Azərbaycan bundan əvəlki hesabatla müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmışdır.