Vergiler.az

Çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri gücləndirilir

 

Vergilər Nazirliyində hüquq, mühasibatlıq və vergi məsləhətləri xidmətləri göstərən şəxslər üçün təlim keçilib. Nazirliyin İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəhbəri Səfərəli Cavadov «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər  əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun tələbləri və onun icrası ilə bağlı digər normativ sənədlər barədə təlim iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, hüquqi xidmət göstərən digər şəxslərə münasi­bətdə yoxlama nəticəsində qanun pozuntusu aşkar edilərsə, vergi orqanları tərəfindən İnziba­ti Xətalar Məcəlləsinin 598-ci maddəsi ilə tənzimlənir. Məcəllənin həmin maddəsində qeyd olu­nub ki, monitorinqdə iştirak edən digər şəxslərə mğnasibətdə hğ­quqi xidmətləri, mğhasibat və vergi məsləhəti xidmətləri güs­tə­rən digər şəxslərə mğnasibətdə Ver­gilər Nazirliyinin vəzifəli şəxs­ləri tərəfindən protokol tərtib olunur.

Monitorinqlər göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı aparılan mübarizəyə baxmayaraq, bəzi subyektlərdə hələ də ciddi nöqsanlara rast gəlinir. Araşdırmalar göstərir ki, nöqsanlar, əsasən, özünüqiymətləndirmə sorğu cədvəlinin tərtibi, eyniləşdirmə, verifikasiya, bu sahə üzrə aidiyyəti sənədlərin gecikdirilməsi, daxili nəzarət sisteminin düzgün qurulmaması və bir sıra digər öhdəliklərə riayət olunmaması səbəbindən baş verir. Vergilər Nazirliyi bu məqsədlə nəzarət olunan subyektlərdə davamlı olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bununla bağlı hazırlanmış tövsiyəverici xarakterli metodiki vəsait nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Təlim zamanı iqtisadi sahədə törədilmiş hüquq pozuntularına, terrorçuluğun maliyyələşdirilməsinə yönəldilmiş pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş pulların və digər əmlakın leqallaşdırılmasına (yuyulmasına) qarşı görülən tədbirlərin nəzəri aspektləri diqqətə çatdırılıb, praktiki fəaliyyətdə qarşıya çıxan məsələlər əsasında araşdırmalar aparılıb, tövsiyələr verilib. Nəzarət olunan subyektlərin nümayəndələri isə, öz növbələrində, bu sahədə işlərin daha da optimallaşdırılması, gündəlik fəaliyyətləri zaman yaranan çətinliklərin həlli məqsədilə nazirliyin aidiyyəti məsul şəxsləri ilə əməkdaşlığa dair təkliflərini irəli sürüblər.

 


ELBRUS