Vergiler.az

Vergilər naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb


Oktyabrın 3-də vergilər naziri Mikayıl Cabbarov Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Tanışlıq məqsədi daşıyan görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda strateji tərəfdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.