Vergiler.az

Vergilər Nazirliyinin əməkdaşları səfərdə olublar

 

Vergilər Nazirliyinin Çağrı Mərkəzi departamentinin baş direktoru Məhəmməd Yunusov, Vergi ödəyicilərinə xidmət departamentinin baş direktorunun müavini Maya Əliyarzadə və Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya texnologiyaları şöbəsinin rəhbəri Nicat Həsənov bu günlərdə İspaniya Krallığının Vergi Administrasiyasında səfərdə olublar. Səfərin məqsədi «Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək» adlı Tvinninq layihəsi ilə bağlı bir sıra məsələlərin müzakirəsi olub.

Səfər çərçivəsində Tvinninq layihəsinin 4-cü komponentinin mütləq nəticələrinə dair ümumi razılıq əldə edilib. Həmin komponent - vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinə birbaşa nəzarət məqsədilə mövcud məlumat bazaları və informasiya sistemlərindən istifadə olunmaqla informasiyaların təhlili üzrə yardımçı mexanizmlərin yaradılmasına dair texniki tələblərin hazırlanmasını əhatə edir.