Vergiler.az

Britaniyada şübhəli vergi sxemləri barədə xəbərdarlıq edilib

 

Vergiləri azaltmaq üçün offşor borclarından istifadə etdiklərinə görə böyük məbləğdə cərimə ödəyən podratçılara cərimələrin ləğv edilməsi üçün daha şübhəli sxemlər təklif edilir. 50 mindən artıq özüməşğul sahibkar vaxtilə qanuni hesab olunan mexanizmlərdən istifadə etmişdir, lakin hazırda «kredit yığımı» ilə üzləşmişlər ki, bu da onların iflasına səbəb ola bilər.  

Ən azından beş şirkət borclu sahibkarlara yeni sxemlər təklif edir. Guya onların hazırladıqları sxemlərə əsasən kreditlər hesabına vergidən yayınmaq mümkündür. Böyük Britaniyada fəaliyyət göstərən vergi ekspertləri isə podratçlara xəbərdarlıq edilər ki, şübhəli sxemlərdən istifadə etməklə onlar gələcəkdə daha böyük cərimələrlə üzləşə bilərlər. Nüfuzlu konsultasiya şirkətlərindən birinin nümayəndəsi Fil Menli bu vəziyyəti şərh edərək bildirmişdir ki, vergi orqanlarının özləri bu cür xidmətlər təklif edən şirkətlərə qarşı heç bir reaksiya göstərmirlər. Bunun əvəzində isə sahibkarlara irad bildirirlər:  «Vergi xidməti bu insanlara qarşı hücuma keçir. Deyirlər ki, bu sxemlər heç vaxt işləməyəcək. Ancaq bunların qarşısı niyə ilk gündən alınmamalıdır?»

Başqa bir ekspert Rays Tomas isə podratçıların öz vergi və maliyyə öhdəlikləri ilə bağlı gələcəkdə səhv yol seçə biləcəklərindən narahat olduğunu bildirmişdir.

Həmin sxemlərdən biri ilkin borcları vergi tutulmayan kreditlərlə əvəz etməkdir. Potensial müştərilərə ünvanlanan məktubda isə yeni kreditlərin Vergi və Gömrük Yığımları İdarəsinə (HMRC) bəyan edilməməsinin lazım gəldiyi bildirilir. Rays Tomas vurğulamışdır ki, bu, vergi bazasının ikiləşməsi ilə nəticələnə bilər: vergi orqanı həm yeni kredit üçün, həm də keçmişdən qalmış borc üçün vergi tələb edə bilər: «Əgər bu sxem kreditin dəyərini yumşaltsa belə, siz bütün hallarda öz ilkin vergi öhdəliklərinizə əməl etməlisiniz».

HMRC tərəfindən isə bildirilmişdir ki, son iki ildə bu cür sxemlər təklif edən şirkətlərin işi dayandırılmışdır və həmin onlar öz sxemlərinin bütün təfərrüatlarını açıqlamağa məcbur edilmişdir. Vergi idarəsinin nümayəndəsi demişdir: «Vergidən yayınma ilə bağlı bu mexanizmlərdən biri ilə  əlaqəli olan kreditlər üzrə istənilən ödənişlər nəzərə alınmayacaq, kreditlərdən tutulan vergi isə əvvəlki qaydada tutulacaq».