Vergiler.az

Rusiyanın vergi xidməti öz prioritetlərini yeniləşdirir

 

Rusiya Federasiyası hökumətinin təsdiqlədiyi vergi islahatına uyğun olaraq, eləcə də 2019-cu il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti ilə bağlı vergi yoxlamalarına qadağa qoyulması ilə əlaqədar olaraq, Dövlət Vergi Xidməti (DVX) öz  prioritetlərində dəyişiklik etmişdir.

DVX-nın fəaliyyəti səmərəli metoda - mövcud qanunvericiliyə könüllü əməl olunmasına əsaslanacaq.   Bununla yanaşı, vergi yoxlamaları yalnız dövlətin maliyyə sabitliyi üçün əsas riskləri yaradan ödəyicilərdə davam etdiriləcək. 

Beləliklə, oktyabr ayının 1-dən Dövlət Vergi Xidməti vergi yoxlamaları ilə bağlı öz fəaliyyətini aşağıdakı istiqamətlərə yönəltmişdir:

1. Əlavə dəyər vergisi ilə bağlı fırıldaqçılığın aşkara çıxarılması və qarşısının alınması;

2. Əməkhaqqının zərfdə verilməsi hallarının aşkara çıxarılması («Zərfdə maaş almağa «yox» de!» kampaniyasının davam etdirilməsi).

Bundan əlavə, vergi  orqanları fiziki şəxslərə nəzarəti dolayı metodlarla və informasiya vasitələri üzərindən həyata keçirəcəklər. DVX fəaliyyət növündən asılı olmayaraq, bütün vergi ödəyicilərinə müraciət edərək biznes mühitinin, eləcə də ümumilikdə cəmiyyətin maraqlarına uyğun olaraq, qanunvericiliyə əməl etməyə çağırmışdır.