Vergiler.az

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

 

2018-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı «iqlim dəyişikliyini uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün» ABŞ-ın Yel Universitetinin alimi Villiyam D.Nordhausa və «texnoloji yenilikləri uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyi üçün» digər amerikalı alim Pol M.Rumerə verilib.

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsinin baş katibi Yoran Xanson bildirib ki, bu alimlərin səyi nəticəsində dövrün ən fundamental və aktual problemlərindən biri olan dünya iqtisadiyyatının uzunmüddətli, davamlı artımı və dünya əhalisinin rifah halı məsələləri araşdırılıb.

Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.