Vergiler.az

Vergilər Nazirliyində görüş

 

Sentyabrın 27-də vergilər naziri Mikayıl Cabbarov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) Avrasiya şöbəsinin rəhbəri Uilyam Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə İİƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilən islahatlar, həmçinin təşkilatın Avrasiya ölkələrində rəqabətqabiliyyətliyin artırılması proqramı üzrə təşkil etdiyi illik «Avrasiya həftəsi» tədbiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


Birgə layihələr barədə fikir mübadiləsi aparılıb

Sentyabrın 27-də vergilər naziri Mikayıl Cabbarov İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SECO ilə Vergilər Nazirliyi arasında əməkdaşlıq məsələləri, vergi sahəsində həyata keçirilməsi nəzərdə tutulan Qlobal Vergi Fondu layihəsi, habelə digər layihələr barədə fikir mübadiləsi aparılıb, təşkilatın İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyəti qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


Azərbaycan BVF ilə sıx əməkdaşlıq edir

Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Korşi ilə görüşüb. Görüşdə Azərbaycanda vergi siyasəti və vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ölkəmiz beynəlxalq iqtisadi və maliyyə qurumları, o cümlədən BVF ilə sıx əməkdaşlıq edir və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Fondun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


Əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 1-də vergilər naziri Mikayıl Cabbarov Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi  ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaşlıqda maraqlı olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanın vergi sistemində aparılan islahatlar və Macarıstanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.