Vergiler.az

ƏDV fırıldaqçılığına görə cərimə tətbiq olunub


Men adalarının xəzinədarlığı avqust ayının 1-dən əlavə dəyər vergisi (ƏDV) sahəsində fırıldaqçılıqda iştirak edənlərə 30 faizlik yeni cərimə tətbiq olunacağını bəyan etmişdir.

Yeni cərimə keçən ilin sonunda Böyük Britaniya qanunvericiliyində olunmuş dəyişikliyi əks etdirir və öz tranzaksiyalarının ƏDV fırıldaqçılığı ilə əlaqədar olduğunu bilən və ya bilməli olan şirkətlərə aid edilir.

Cərimənin məbləği fırıldaq nəticəsində itirilmiş ƏDV məbləğinin 30 faizinə bərabərdir və həm şirkətin vəzifəli şəxslərinə, həm də müəssisənin özünə tətbiq oluna bilər. Men adasının xəzinədarlığının fırıldaqçılıqda əli olan istənilən tərəfin adını açıqlamaq hüququ var: bu yurisdiksiyada fırıldaqçılıqla bağlı istənilən informasiyanın yayılması cəzadan azaddır.