Vergiler.az

Polşada sahibkarların sosial ödəniş yükü azaldılıb


Polşa Seymi kiçik biznesi təmsil edən müəssisələrin sosial büdcəyə ödəmələrinin məbləğində dəyişiklik olunması ilə bağlı qərar qəbul etmişdir.

Hazırda aylıq gəliri minimal əməkhaqqına bərabər olan sahibkar sosial sığorta fonduna 1200 zlota (558,5 manat) pul köçürür ki, bu da onun gəlirinin yarısından çoxdur. Qanun dəyişikliyinə əsasən, iş adamlarının aylıq gəlirləri 5250 zlotadan (2443 manat) artıq olmadıqda, onlar 660 zlotadan (307 manatdan) az vəsait ödəyəcəklər. Qanun gələn il qüvvəyə minəcək.

İlkin qiymətləndirmələrə əsasən, sosial sığorta ödənişinin azaldılması bu normaya aid 173 min fərdi sahibkara 5,3 milyard zlota (2,47 milyard manat) vəsaitə qənaət etməyə imkan yaradacaq.