Vergiler.az

Çağrı mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək üçün tədbirlər planı


Kanadanın Gəlirlər Agentliyinin  ictimaiyyətə açıqladığı tədbirlər planı vergilər sahəsində məsləhət verən çağrı mərkəzlərinin göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə hazırlanıb. Bu sənəd Baş auditorun Gəlirlər Agentliyində fəaliyyət göstərən çağrı mərkəzləri üzrə payız hesabatı ilə bağlı hökumətin cavabının bir hissəsidir.

Gəlirlər Agentliyinin məqsədlərindən biri də zağrı mərkəzinə vergilərə dair informasiya ilə bağlı zəng vuran abonentlərin gözləməli olacaqları vaxt,  eləcə də vergi ödəyicilərinin istifadə edə biləcəkləri xidmət variantları ilə bağlı məlumatlandırılmasıdır. Artıq eksperiment  səciyyəli bir sıra sxemlər istifadəyə verilmişdir və hökumət həyata keçirmək niyyətində olduğu təkmilləşdirmələrin aparılması üçün məsləhətləşmələr aparır.

Gəlirlər Agentliyinin niyyəti vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin təqdim edilən vergi xidmətlərinin işçi heyətə əlavə təlim verməklə yaxşılaşdırılması imkanlarının araşdırılmasıdır. Builki vergi dövründə Gəlirlər İdarəsinin fərdi vergi sorğuları xəttinə daxil olmuş zənglərin 74 faizi həll edilmişdir. 2015-ci ildə bu göstəricinin cəmi 37 faiz olduğunu nəzərə alsaq, əldə edilən göstərici böyük nailiyyət kimi qiymətləndirilə bilər. 2018-ci ilin dövlət büdcəsinə açıqlama verərkən hökumət 2018-2019-cu illərdən başlayaraq beş il ərzində 206 milyon Kanada dolları (158,9 milyon ABŞ dolları) həcmində əlavə sərmayə qoyulacağını bəyan etmişdir.

Gəlirlər naziri Dayan Lebutilye demişdir: «Hər il Kanada əhalisinin böyük əksəriyyəti bu və ya başqa səbəbə görə Gəlirlər Agentliyi ilə əlaqədə olur. Təmasların əksəriyyəti onlayn rejimdə baş versə də, çağrı mərkəzlərimiz müştərilərimiz üçün mühüm bir vasitə olaraq qalmaqdadır».