Vergiler.az

Fransa və Türkiyədə OECD-nin təşkilatçılığı ilə tədbirlər keçirilib


Hər iki toplantıda ölkəmizi Vergilər Nazirliyinin nümayəndələri təmsil ediblər

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum»unun Avtomatik məlumat mübadiləsi üzrə işçi qrupunun növbəti iclası və Ümumi Trans­missiya Sisteminə (CTS) dair sammit keçirilib.

Toplantıda Almaniya, Andorra, Argentina, Avstraliya, Azərbaycan, Baham adaları, Belçika, Bermud adaları, Braziliya, Britaniya Virgin adaları, Bolqarıstan, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Qana, Qrenada, Hindistan, İndoneziya, İrlandiya, Men adaları, İsrail, İtaliya, Yaponiya, Yunanıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Sammitdə Azərbaycan Respublikasını Vergilər Nazirliyinin İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəhbəri Səfərəli Cavadov təmsil edib.

İclasda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə dair mərhələli yanaşma, beynəlxalq hüquq çərçivəsi, 2018-ci il üzrə Avtomatik məlumat mübadiləsinin (AMM) tətbiqinə dair hesabat, məxfilik və məlumat təhlükəsizliyi, Zirkli pulların yuyulmasına qarşı mğbarizə ğzrə maliyyə tədbirləri hazırlayan qrup (FATF) və AMM Standartının uyğunluğu, hüquqi qiymətləndirmə və digər mövzulara dair müzakirələr aparılıb, təcrübələr öyrənilib. Sammitdə isə mübadilə məqsədilə məlumatların toplanması və emal edilməsi, eləcə də mğxtəlif aktual fəaliyyət sxemləri ğzrə gələcək addımlara dair müzakirələr aparılıb, təqdimatlar keçirilib.

Xatırladaq ki, ötən il Azərbaycanın da qoşulduğu «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» OECD tərəfindən hazırlanmış və vergitutma məqsədləri üçün müxtəlif dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesabları barədə məlumatların toplanması və həmin şəxslərin rezidentləri olduqları dövlətlərlə avtomatik məlumat mübadiləsinin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard - CRS) tətbiq edilməsi məqsədini daşıyır.

 

Ankarada OECD-nin «Kiçik və orta sahibkarlıq subyektləri və əməletmənin yüksəldilməsi» mövzusunda dörd günlük beynəlxaq seminarı keçirilib.

Azərbaycan da daxil olmaqla, tədbirdə Albaniya, Filippin, Türkiyə, Moldova, Belarus, Latviya, Qana, Çin Xalq Respublikası, İndoneziya, Yamayka, Kosovo, Pakistan, Fələstin, Uqanda, Ukrayna, Rumıniya və digər ölkələrin ümumilikdə 33 nümayəndəsi, o cümlədən OECD-nin 3 təmsilçisi iştirak edib.

OECD-nin Ankara şəhərindəki Çoxtərəfli Vergi Mərkəzində keçirilən seminarın açılış mərasimində Türkiyənin Maliyyə Nazirliyinin Gəlir İdarəsinin Tədris Mərkəzinin bölmə rəhbəri xanım Başak Arpaslan və təşkilatın nümayəndəsi Jonatan Li-Pemberton tədbirin məqsədləri barədə ətraflı məlumat veriblər, kiçik və orta sahibkarlıq subyektlərində vergi qanunvericiliyinə əməletmə sahəsində görülən işlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra iştirakçı ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər. Seminarda iştirak edən Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin İqtisadiyyat sahələrinin ekspertizası idarəsinin Maliyyə-sənaye qrupları (holdinqlər) ilə iş şöbəsinin baş dövlət vergi müfəttişi Minurə Nağıyeva «Vergi inzibatçılığı: kiçik və orta sahibkarlıq subyektlərində vergi qanunvericiliyinə əməletmə» mövzusunda təqdimatla çıxış edib. Məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

ELXAN