Vergiler.az

Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb


2018-ci ilin iyul ayı ərzində vergi orqanlarına 7.803 müraciət daxil olub ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır. Müraciətlərin 86,9 faizi ərizə, 13,0 faizi şikayət, 0,2  faizi isə təklif xarakterli olub. Baxılmış müraciətlərdən 71,9 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub,  25,1 faizi barədə müvafiq izahatlar verilib, 1,1 faizi əsassız sayılıb, 1,08 faizi baxılmamış saxlanılıb, 0,6 faizi aidiyyəti üzrə göndərilib, 0,1 faizi ilə bağlı icraata xitam verilib, 19,5 faizi icradadır.  Müsbət həll olunmuş müraciətlərin 45,2 faizi müxtəlif arayışların alınması, 29,3 faizi kameral vergi yoxlamaları, 12,0 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib.