Vergiler.az

Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu

 

2018-ci ilin iyul ayı ərzində 6.738 vergi ödəyicisi qeydiyyatdan keçmişdir. Bunlardan 1.110-u hüquqi şəxs, 5.628-i isə fiziki şəxsdir. Ay ərzində qeydiyyata alınmış hüquqi şəxslərin 69,8 faizi, fiziki şəxslərin isə 1,8 faizi elektron qaydada qeydiyyatdan keçmişdir.

Ötən ay 1.354 nəzarət-kassa aparatı qeydiyyata alınmışdır.  Ötən ay 3.997 təsərrüfat subyekti fəaliyyətini bərpa etmişdir.  Ay ərzində 1.324 təsərrüfat subyekti ləğv edilmişdir.