Vergiler.az

«Caspian Energy Forum Baku–2018»


Sentyabrın 20-də Azərbaycan Respublikası Hökumətinin və «Caspian European Club»un dəstəyi ilə VII Beynəlxalq «Caspian Energy Forum Baku-2018»də dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə heyəti iştirak edəcək. Onların arasında Azərbaycan hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələrinin şirkətlərinin təmsilçiləri də yer alıblar.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən «Caspian Energy Forum» biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün münbit şərait yaradan ənənəvi meydandır. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən «Caspian European Club» 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də «Caspian American Club», 2018-ci il yanvarın 26-da «Caspian Asian Club» təsis olunub. Hər iki təşkilat iki il ərzində «Caspian European Club»un idarə heyətinin üzvləri tərəfindən idarə ediləcək. «Caspian European Club»a daxil olan bütün şirkətlər avtomatik qaydada «Caspian American Club» və «Caspian Asian Club»un, «Caspian American Club» və «Caspian Asian Club»a daxil olanlar isə «Caspian European Club»un üzvü hesab olunurlar.

Xatırladaq ki, «Caspian European Club», «Caspian American Club» və «Caspian Asian Club»un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.