Vergiler.az

Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması


Bu xidmət fiziki şəxs olan vergi ödəyicilərinin  Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) Portalı və ya nazirliyin «195-1» Çağrı Mərkəzi vasitəsilə fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.

Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir. Xidmət «195-1» Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə isə istifadəçinin Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə qeydiyyat tarixçəsi daxil olur. Xidmət portal vasitəsilə həyata keçirildikdə elektron sənəd mübadiləsi haqqında müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya «Elektron imza və elektron sənəd haqqında» Qanunun müddəalarına əsasən, ASXM tərəfindən verilən gücləndirilmiş elektron imza əldə edən, «195-1» Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə isə yalnız gücləndirilmiş  elektron imzası olan fiziki şəxslər ondan istifadə edə bilərlər.

Vergi ödəyiciləri bu xidməti İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirdikdə https://www.e-taxes.gov.az; https://www.e-gov.az; https://www.taxes.gov.az; https://www.dxr.az ünvanlarından,  Çağrı Mərkəzi vasitəsilə həyata keçirdikdə isə  195-1 nömrəsindən istifadə edə bilərlər. Xidmətin göstərilməsi üçün istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi Portalının «Onlayn kargüzarlıq və E-VHF» bölməsinə daxil olur və ərizə məlumatlarını doldurur. Ərizə üzrə tələb olunan məlumatlar onlayn təsdiq edilərək sistem tərəfindən qəbul olunur. Elektron xidmət Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə istifadəçi «195-1»ə zəng etməklə mobil telefon nömrəsini qeyd edir və SMS-lə tanış olduqdan sonra gücləndirilmiş elektron imza PİN2 kodunu daxil edir. İstifadəçi tərəfindən təqdim olunan məlumatlar əsasında əməkdaş tərəfindən «Fiziki şəxsin fəaliyyətinin dayandırılması» ərizəsi doldurulur. Xidmət  həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir.

Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir, Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə isə istifadəçinin gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.