Vergiler.az

Regionlarda vergi daxilolmaları artır


2018-ci ilin ilk yarısında ölkəmizdə ğmumilikdə 67 min, o cümlədən  58 min daimi iş yeri yaradılıbvə onların təxminən  70%-i regionların payına düşüb ki, bu da bölgələrdə işgüzar mühitin göstəricisi olmaqla yanaşı, vergi daxilolmalarının artımına da öz mühüm təsirini göstərib. İlin ilk altı ayında ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 320,9 milyon manat vəsait daxil olub. Bu, 2017-ci ilin mğvafiq dövrü  ilə mğqayisədə 13,6% artıq deməkdir.

 

Bölgələrdə vergi ödəyən obyektlərin sayı artıb

Regionlarda vergi daxilolmalarının strukturuna diqqət yetirdikdə özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyünü görmək mümkündür. Azad biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığının sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması özəl sektorun payının həm iqtisadi layihələrdə, həm də dövlət büdcəsinə ödənilən vergilərin həcminin artmasında özünü göstərməkdədir. Birinci yarımillikdə dövlət büdcəsinə ödənilən vergilərin 242,1 milyon manatı və ya 75,4 %-i qeyri-dövlət sektoruna aiddir. Dövlət sektorunun payı isə 24,6% (78,8 milyon manat) təşkil edib. 

Vergi sistemində aparılan islahatlar ölkəmizdə sahibkarların gəlirlərinin və sayının artmasına, yeni istehsal, ticarət və xidmət sahələrinin yaradılmasına da təkan verir. İlin birinci yarısında regionlarda 6.185 obyekt (təsərrüfat subyekti) qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artım deməkdir. Ərazi vergi orqanlarında yeni qeydiyyata alınmış və fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv olunmuş obyektlərin  sayının cəmindən 5.347 say çox olub.

2017-ci ilin müvafiq dövrü ilə müqyisədə regionlardan daxil olan vergi növlərinin, demək olar ki, bütün tədiyyələri üzrə əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Ümumiyyətlə, vergi daxilolmaları 39,1 milyon manat və ya 13,9%, o cümlədən əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 9,4 milyon manat və ya 10,9 faiz, sadələşdirilmiş vergi üzrə 8,5 milyon manat və ya 25,9 f% artıb. Yanvar-iyun aylarında regionlarda istehsal, ticarət, tikinti-infrastruktur, xidmət sahələrində aktivlik müşahidə edilir. Ticarət üzrə daxilolmaların artımı 19,7%, xidmət üzrə 23,7%, tikinti üzrə isə 16,4% təşkil edir.

 

Qeyri-neft vergi daxilolmaları

2018-ci ilin birinci yarısında ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozlarının icrası tam təmin edilib. İqtisadçı Ramin Osmanlı hesab edir ki, regionlarda sahibkarlıq subyektlərinin sayının artmasına son zamanlarda biznes mühitinin və qeydiyyat sisteminin sadələşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, bir sıra sahələrə vergi güzəştləri sayəsində vergi yükünün aşağı salınması və digər amillər regionlarda biznesin səmərəliliyinin artmasına, yeni sahibkarlıq fəaliyyəti növlərinin yaranmasına səbəb olub. İlin ilk 6 ayı ərzində qeyri-neft sektorunu əhatə edən 200-dən artıq yeni müəssisənin yaradılması bu sahədə istehsalın artmasına və daxil olan vergilərin həcminin yüksəlməsinə səbəb olub.

Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində başlıca hədəflərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədən dövlət büdcəsinə daxil olan vergilərin həcminin artırılmasıdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və nəticədə onların gəlirlərinin artmasından ibarətdir. Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azadolmalar və digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır. Bu məqsədlərə çatmaq üçün iqtisadi sistemin rəqabət qabiliyyətinin artırılması vasitəsilə vergi siyasətinin daha da təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

 


Elbrus CƏFƏRLİ