Vergiler.az

Ötən ilin sentyabr ayından dövlət qulluqçuları və yerli özünü­idarə­etmə orqanlarının nümayəndələri üçün «Asan İmza» elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılmışdır.


Dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq, dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nüma­yən­dələri üçün «Asan İmza» elektron rəqəmsal imzanın əldə edil­məsi və istismarı prosesini asanlaş­dır­maq məqsədilə yeni tarif müəy­yən olunmuş­dur. Tarif «Asan İmza» dövlət və ya bələdiyyə serti­fikatının istifadəsi müddətində (3 il ərzində) baş­qa əlavə xərc­lər olmadan 58 manat həcmində birdəfəlik ödənişi nəzərdə tutur.

«ASAN İmza» ilə əlaqədar əlavə sualınız yaranarsa,  Vergilər Nazirli­yi­nin «195-1» Çağrı Mərkəzinə,  ww.taxes.gov.az və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərsiniz.