Vergiler.az

Ukrayna vahid sosial sığorta haqqını nəzərdən keçirir

 

Ölkənin Sosial Siyasət Nazirliyi vahid sosial sığorta haqqı ilə bağlı qaydalarda dəyişiklik edilməsi barədə təklif irəli sürmüşdür. Təklifdə vahid verginin reqressiv şkala üzrə yığılması nəzərdə tutulur.  Hazırda vahid sosial sığorta haqqı əməkhaqqının 22 faizini təşkil edir və yüksək maaş alan şəxslərə aid edilmir. Qüvvədə olan qanuna əsasən, bu vergi 15 minimal əməkhaqqı həcmindən artıq olmayan məvaciblərə tətbiq edilir. Bu güzəşt vaxtilə biznesin stimullaşdırılması üçün verilmişdi ki, işçilərin aldığı əməkhaqqı vergidən yayındırılmasın: işəgötürən yüksək maaşla işləyən işçilərinin əməkhaqqını gizlətməkdə maraqlı deyildi,  rüsum gəlirlərin bir hissəsindən tutulurdu.

Yeni qanun  layihəsində Sosial Siyasət Nazirliyi vergini dərəcələr üzrə gəlirin məbləğinin hamısına aid etməyi təklif edir: əməkhaqqı artdıqca ödəniş azalmaq şərti ilə. Nazirliyin hesablamasına əsasən, bu, ölkənin Pensiya Fonduna əlavə vəsaitlərin cəlb edilməsinə şərait yaradacaq. Lakin ekspertlər belə bir ehtimal da irəli sürürlər ki, yeni dəyişiklik qəbul olunsa, işəgötürənlər yenidən zəhmət haqqını «zərfdə» çatdırmağa üstünlük verəcəklər.