Vergiler.az

Qazaxıstanda kasıblar üçün vergi güzəşti tətbiq olunacaq

 

Prezident Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif etmişdir: «Nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulmasını təklif edirəm».

Dövlət başçısının sözlərinə görə, bu addımın atılması ölkənin iki milyon sakininin yaşayışına müsbət təsir göstərəcək: «Muzdlu işçilərin üçdə birindən çoxunun - bu, iki milyondan artıq insan deməkdir - əməkhaqqı işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq». Prezident N.Nazarbayev onu da bildirmişdir ki, gələcəkdə Qazaxıstanda fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.