Vergiler.az

Vergilər naziri Qubada vətəndaşları qəbul edib

 

Martın 10-da vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşlarla görüşüb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak ediblər. Qəbulda vətəndaşlar, əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.