Vergiler.az

Vergilər Nazirliyində görüş

 

Martın 7-də vergilər naziri Mikayıl Cabbarov «Microsoft» Korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafının direktoru Evanqelos Xrisafidesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə «Microsoft» şirkəti və tərəfdaşlarının vergi və ədliyyə agentliklərində həyata keçirdikləri rəqəmsal transformasiya layihələri, «Microsoft» həllərinin tətbiqi sahəsində beynəlxalq təcrübə və informasiya texnologiyaları ilə bağlı məsələlər müzakirə edilib.