Vergiler.az

Sadələşdirilmiş vergi ödəyicilərinə əlavə xidmətlər göstəriləcək


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı «ASAN xidmət» mərkəzi sadələşdirilmiş vergi ödəyicilərinə əlavə xidmətlər göstərəcək. Mərkəzdə vergi ödəyicilərinə vergi hesabatlarının tərtib edilməsi üzrə xidmətlər təqdim olunacaq.

Vətəndaşlara rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin verilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatın verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi kimi məsələlərdə kömək göstəriləcək.