Vergiler.az

Vergi ödəyiciləri ilə görüşlər

 

Vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən müəyyən işlər görülüb, əsas hədəflər,  gələcək iş fəaliyyətinin əsas istiqamətləri ictimaiyyətə açıqlanıb. Bu məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədilə nazirliyin rəhbər vəzifəli şəxsləri regionlara ezam ediliblər.

 Mart ayının 5-dən 9-dək Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, nazirlik yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.