Vergiler.az

İqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

 

Martın 1-də vergilər naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

Görüşdə hər iki ölkənin iqtisadi partnyorluqda maraqlı olduğu vurğulanıb, Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkələrarası ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların yatırılması sahəsində görülən işlər, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, eləcə də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə  əməkdaşlıq çərçivəsində əldə edilmiş uğurlar qeyd olunub.

Söhbət zamanı iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.