Vergiler.az

2018-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli bəyannamələr və ödənilməli

VERGİLƏR

 

2017-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

· Əlavə dəyər vergisi bəyannaməsi,

· Aksiz bəyannaməsi,

· Yol vergisi bəyannaməsi,

· Mədən vergisi bəyannaməsi,

· Pul vəsaitlərinin nağd çıxarılmasına görə

  sadələşdirilmiş verginin bəyannaməsi və

· Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi cari ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

· Daşınmaz əmlakın təqdim edilməsi üzrə sa­də­ləş­dirilmiş verginin bəyannaməsi 2018-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

· Muzdlu işlə əlaqədar 2018-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik - növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 1-ci rübü üzrə bəyannaməni cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edirlər).

· Xüsusi notariusların 2018-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 1-ci rübü üzrə bəyannamə aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

 Əmlak vergisinin ödəyiciləri olan müəssisələr

· 2018-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini fevral  ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

 

Bəyannamələr müəyyən edilən müddətdə təq­dim edilmədikdə 40 manat məbləğində ma­liyyə sanksiyası tətbiq edilir (VM, 57), ver­gilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı (https://www.e-taxes.gov.az) vasitəsilə elektron qaydada da təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi tövsiyə edirik.

 

 

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ