Vergiler.az

Futbol bazarında maliyyə köpüyü şişdikcə şişir

 

Bu gün transfer bazarında müşahidə olunan göstəricilər futbol sahəsində artmaqda olan inflyasiyanın miqyasını əks etdirir və başqa sektorlarda olduğu kimi, bu sektorda da maliyyə köpüyünün şişdiyini göstərir. Bu bazarın yeni bir tarazlıq səviyyəsinə doğru yön aldığı artıq aydın nəzərə çarpmaqdadır.

«Football Observatory» nəşrinin son araşdırmasına əsasən, hələ yaşları 21-ə çatmamış dörd gənc futbolçunun hər birinə qoyulan qiymətin məbləği 120 milyon avrodan yuxarıdır. 2016-2017-ci illərin əhatə etdiyi mövsümə qədər heç vaxt futbolçular, özü də hələ «ulduz» səviyyəsinə yüksəlməmiş gənclər üçün belə bir məbləğ ödənilməmişdi. Son iki il ərzində transfer bazarında futbolçuların heç də həmişə onların istedadı ilə düz mütənasib olmayan qiymətlərində ağlasığmaz sıçrayışlar baş verib. 

Keçən yay Fransanın «Pari Sen-Jermen» klubu İspaniya «Barselona»sından aldığı Neymar üçün 222 milyon avro ödəməklə futbol bazarında inqilab etmiş oldu. Bununla braziliyalı futbolçu dünyanın ən bahalı idmançısı olmaq şərəfinə nail oldu. Bundan əlavə, 180 milyon avro məbləğində ödənişi gələn futbol mövsümünə qədər təxirə salmaq üçün «Monako» klubu ilə gənc futbolçu Klian Mbappe ilə bağlı müqavilə imzalandı. Bu əməliyyat digər futbolçuların da qiymətlərində sıçrayış yaratdı və bunun nəticəsində futbol bazarında güclü inflyasiya yelləri əsməyə başladı. Mütəxəssislərin rəyinə görə, son iki ildə futbol dünyası inflyasiyanın pəncəsindədir. 

2016-2017-ci illəri əhatə edən mövsümdə Almaniyanın «Borussiya» Dortmund klubu Usman Dembele üçün 15 milyon avro ödəmişdi, bir ildən sonra isə bu futbolçunun qiymətində 600 faizlik artım qeydə alındı və o, «Barslona»ya 105 milyon avroya satıldı. Bundan əlavə, onun üçün 40 milyon avrodan çox bonus ödənişi də nəzərdə tutulmuşdur. Dembele yaşı 21-ə çatmamış dörd gənc futbolçudan biridir: onların hərəsi üçün Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) müəyyənləşdirdiyi qiymət 120  milyon avrodan  çoxdur.

Futbol bazarındakı köpük 2016-cı ilin yayından inanılmaz tərzdə şişməyə başlamışdır. Ondan bir il əvvəl «Tottenhem» Dele Alli üçün 6,6 milyon, «Mançester Siti» isə Lera Sane üçün 50 milyon avro ödəmişdi. Hər iki futbolçunun o vaxt 19 yaşı vardı. Bu gün CIES Dele Alli üçün 180 milyon avro, Lera Sane üçünsə 124 milyon avro qiymət qoyub. «Transfermarket»in müəyyənləşdirdiyi qiymət isə bunlardan xeyli aşağıdır: müvafiq olaraq 60 və 45 milyon avro.  Digər məsələlərlə yanaşı, transfer yenilikləri üzrə ixtisaslaşmış portalın yazdığına görə, iki ilə yarımmüdafiçi Şporun qiymətində 809 faiz artım olduğu halda, Sanenin qiyməti iki il əvvəl «Mançestr Siti»nin ödədiyi məbləğə uyğundur.

Yeri gəlmişkən, Çin hökuməti futbolçuların alınmasında və satılmasında əsası olmayan xərclərin qarşısını kəsmək üçün radikal addım atıb: bu ölkədə xarici transferlər və bahalı yerli oyunçular üçün 100 faizlik dərəcə ilə vergi tətbiq edilir. Bu addımın atılması həm də daxili futbol bazarının inkişaf etdirilməsi baxımından proteksionist - himayəedici səciyyə daşıyır.