Vergiler.az

Latviya Ukrayna təmsilçiliyinə nota gündərib

 

Latviya hökuməti adından Ukraynanın müvəqqəti işlər vəkili A.Podlyaka nota təqdim edilmişdir. Sənəd Ukraynanın Latviyanı vergilərin dərəcələrinin aşağı salındığı offşor ölkələrin siyahısına salmasına etiraz əlaməti olaraq tərtib edilmişdir. Latviyanın Xarici İşlər Nazirliyi Ukrayna hökumətinin bu qərarına etiraz etmişdir. Bildirilir ki, Latviyanın vergi qanunvericiliyində fəaliyyətə başlayan müəssisələr üçün məhdudiyyət və ya qeyri-rezidentlər üçün əlavə güzəştlər nəzərdə tutulmur. Ukrayna ekspertləri yenidən investiya qoyuluşu üçün təklif edilmiş sıfır vergi dərəcəsi şərtlərini başa düşməyiblər. Vergi sisteminin səhv yozumu belə bir qərarın verilməsinə gətirib çıxarmışdır. Əslində isə yenidən investisiya şəklində qoyulmuş mənfəət üzrə sıfır əmsalın mövcudluğu müəssisəni dividendlər üçün verginin ödənilməsindən  azad etmir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müəyyənləşdirdiyi offşorlar siyahısında Estoniyanın da adı çəkilmişdi, lakin ölkə başçısının bəyanatı və dəqiqləşdirmələr sayəsində aydın oldu ki, bu ölkənin adının  həmin siyahıya salınmasında yanlışlıq olmuşdur.