Vergiler.az

«Airbnb» Fransada turistlərə aid vergi ödənişlərini ikiqat artıracaq

 

Daşınmaz əmlakın icarəsi sahəsində ixtisaslaşmış «Airbnb» internet platforması tərəfindən bildirilmişdir ki, Fransanın bütün şəhərlərində turistlərin yerləşdirilməsi üzrə 13,5 milyon avro məbləğində vergi ödəyəcək ki, bu da keçən il ödənilmiş məbləğdən iki dəfə artıqdır.

Bildirilmişdir ki, şirkət Fransada turistlərdən avtomatik vergi yığımının və veb-sayt üzərindən mənzillərin əvvəlcədən sifarişi üçün pul ödənişlərinin əhatə dairəsini bu il genişləndirərək 15 min bələdiyyəyə çatdıracaq və bununla da yerli idarəetmə orqanları üçün böyük maliyyə töhfəsi verən ilk internet platforması olacaq. Şirkətdən verilən məlumata görə, bu il «Airbnb» Paris şəhərinin bələdiyyəsinə daha çox turist vergisi köçürəcək - 6,9 milyon avro.

Keçən il «Airbnb» məlumat yaymışdı ki, 2017-ci ilin may ayının 1-dək şirkət bütün dünya üzrə 275 yurisdiksiya ilə müqavilə imzalayaraq ümumilikdə 240 milyon dollardan artıq turist vergisi və istehlak vergisi köçürüb.