Vergiler.az

Üzən avtomobil

 

«Toyota» şirkətinin keçmiş əməkdaşı Xideo Surumaki daşqın zamanı sahibinə xilas olmağa kömək edəcək üzən avtomobil yaradıb. O, «Toyota»dan ayrıldıqdan sonra iki il ərzində üzə bilən, kiçik «Fomm» elektrik avtomobilinin prototipini hazırlayıb, indi isə elektrik avtomobilinin saatda 80-160 kilometrə qədər gedə biləcək dördüncü prototipi üzərində işləyir.

 Avtomobilin dörd oturacağının hər birinin altında dəyişilə bilən batareyalar yerləşdirilib. Bu yolla mühəndislər suda tarazlıq problemini həll ediblər. Maşın suyadavamlı mühərrikin köməyi ilə üzür, xüsusi konstruksiyalı təkərlərin sayəsində isə dönə bilir.

X.Surumaki avtomobilin istehsalı ilə bağlı Tailanddakı zavodla razılaşıb. Bu zavod ildə on minə qədər üzən avtomobil istehsal etməyə hazırlaşır.