Vergiler.az

RƏQƏMLƏRİN DİLİ İLƏ

 

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları fevralın 1-nə 5 milyard 381,2 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 54 milyon dollar çoxdur.

2018-ci il fevralın 1-nə ölkədə pul bazası 8761,6 milyon manat təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 218,4 milyon manat çoxdur.

Dekabrın 31-nə Azərbaycanda fəaliyyət gös­tə­rən bankların cəmi aktivləri 27,921.0 milyon manat, cəmi öhdəlikləri isə 24,211.8 milyon manat təşkil edib.

40 milyard ABŞ dolları sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan «Cənub Qaz Dəhlizi» layihəsinin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.

Ötən iki il ərzində Böyük Britaniya Azərbaycandakı neft-qaz proqramına 1,3 milyard funt sterlinq ayırıb.