Vergiler.az

RƏQƏMLƏRİN DİLİ İLƏ

 

2017-ci ildə…

Azərbaycan və Gürcüstan arasında ticarət dövriy­yəsinin həcmi 881,9 mln. dollar təşkil edib.

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8344,6 min ton təşkil etməklə 2016-cı ilə nisbətən 43,7% artıb.

Pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 35,3 milyard manata bərabər olub.

Ümumilikdə, ölkədə 38 milyon 688,9 min ton neft, 28 milyard 597,9 milyon kubmetr təbii qaz hasil edilib.

Azərbaycana 13 min 98 ədəd avtomobil idxal olunub və bu göstərici 2016-cı illə müqayisədə təxminən 2 dəfə azdır.