Vergiler.az

Fərdi uçot sistemi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2017-ci ildə əlavə olaraq 193 min 188 vətəndaşa uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb. Sığortaolunan üçün açılan fərdi şəxsi hesab sistemdə onun bütün ömrü boyu, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır. 2018-ci ilin 1 yanvar   tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.

Qeyd edək ki, «Sığortaolunanın onlayn uçota alınması»,  «Sığortaolunanlara məlumatların verilməsi», «Sığortaedənin uçot nömrəsinin öyrənilməsi», «Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi», «Sığortaedənin uçot nömrəsinin öyrənilməsi», «Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması» və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən elektron müstəvidə faydalanmaq imkanları yaradılıb.  «Sığortaolunanlara məlumatların verilməsi» e-xidməti vasitəsilə hər bir sığortaolunan fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə edə bilir. 

AYTƏN