Vergiler.az

Güzəştli kreditlər sahibkarlığı stimullaşdırır

 

Sahibkarlığa Kümək Milli Fondu tərəfindən üzəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliy­yə resurslarına çıxışının təmin olunması məqsədilə, hər il olduğu kimi, ütən ildə də sahibkarlığın gü­zəşt­li kreditləşdirilməsi davam etdirilib.

Fondun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, qurumun tarixində ilk dəfə olaraq ötən il dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib, 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verilib: «Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb, 2018-ci ildə isə daha 40 layihənin başa çatdırılması nəzərdə tutulur».

Qeyd edilib ki, indiyədək 34.600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib: «Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlıq subyektlərinə aqroparkların, ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, texniki bitkiçilik, idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab edilən layihələrin maliyyələşdirilməsinə ilkin olaraq 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur». 

AYTƏN