Vergiler.az

Vergi sahəsində ikitərəfli münasibətlər müzakirə olunub

 

Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta ilə görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər. Söhbət zamanı ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.